Cevdet Yılmaz: “Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfəki seçkinin tarixi əhəmiyyəti var”

18/02/2024 14:16
14

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Əli Əsədovu Baş nazir təyin edilməsi münasibətilə təbrik edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, təbrikdə deyilir:

“2024-cü il yeddi fevral tarixində Azərbaycanda keçirilmiş Prezident seçkisindən sonra yenidən Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

 Cənab Prezident İlham Əliyevin seçkidə ölkə tarixində ən yüksək səs göstəricisinə nail olduğu tarixi qələbəsinin qardaş Azərbaycan xalqı, ölkələrimiz arasındakı münasibətlər və bütün regionumuz üçün faydalı olmasını arzu edirəm.

Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfə keçirilən bu seçkinin tarixi əhəmiyyəti var.

 Qarşıdan gələn yeni dövrdə onsuz da mükəmməl səviyyədə olan güclü əməkdaşlığımızı və əlaqələrimizi daha da möhkəmləndirərək hər zaman olduğundan daha yüksək səviyyələrə çatdıracağımıza inanıram.

 Fürsətdən istifadə edərək 2023-cü il 20 dekabr tarixində ölkənizə səfərim zamanı göstərdiyiniz yüksək ev sahibliyi və qonaqpərvərliyə görə sizə bir daha təşəkkür etmək istəyirəm.

Digər tərəfdən, qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm.

Bu imkandan istifadə edib Zati-alinizin sədrlik etdiyi hökumətinizə uğurlar arzulayır, sizə cansağlığı, xoşbəxtlik və can Azərbaycan xalqının rifahı üçün bir daha ən xoş arzularımı bildirirəm. Uğurlarınız daimi, birliyimiz əbədi olsun!”.

01/05/2024 15:00
53

Fransa daha bir ölkədən qovulur

01/05/2024 11:45
43

“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”

24/02/2024 22:38
560

Dollar və avro GÖRÜN NEÇƏYƏ OLDU

24/02/2024 17:38
489

Xocalıda erməni evindən tapılan kasetlər ŞOK etdi - FOTO

22/02/2024 12:12
66

ABŞ prezidenti Vladimir Putini təhqir etdi

21/02/2024 19:59
31

Nikol Paşinyan yenə istefa vermədi - reallaşmayan “miatsum” xülyası - ŞƏRH