Nikol Paşinyan yenə istefa vermədi - reallaşmayan “miatsum” xülyası - ŞƏRH

21/02/2024 19:59
31

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin xilaskarı ola bilər. Bunun üçün o, erməni dövlətini və cəmiyyətini xülya, əsassız iddia və konsepsiyalardan azad etməli, konstitusiyanı dəyişməli, qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır. Ancaq yalan və saxta açıqlamaları hələ onun xilaskar olmasına imkan vermir.

Fevralın 20-də İrəvanın "Azadlıq" meydanında etiraz aksiyası keçirilib və N.Paşinyanın istefası tələb edilib. Mitinq təşkilatçıları bunun üçün yüz əsasın olduğunu açıqlayıblar.

Baş nazirin vəzifədən getməsini tələb edən aksiyanın təşkilatçısı bədnam “Birlik” (“Miatsum”) hərəkatıdır. Bu həmin təşkilatdır ki, 1988-ci il fevralın 20-də Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlərə başlamışdı. Yeri gəlmişkən, bu, sovet dövründə ermənilərin ilk "miatsum" aksiyası deyil. 1945, 1963, 1977 və 1983-cü illərdə də erməni ideoloqları "miatsum"a uğursuz cəhd göstəriblər.

Ermənilərin bütün bu əsassız iddialarına 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da reallaşdırdığı antiterror əməliyyatları ilə son qoyuldu.

“Miatsum”çular isə hələ də reallığı qəbul etməkdə çətinlik çəkirlər. Ermənilər bəzən “revanşistlər kimdir” sualını verirlər. Qarabağı Ermənistana birləşdirmək iddiası ilə yaşayanlar, fəaliyyət göstərənlər belələrindəndir.
47ddbb3f-5766-3537-8690-1bd08eea0d76.jpg (72 KB)

Onlar Ermənistanın kapitulyasiya aktını imzaladığının hələ də fərqində deyillər. Bu ölkə müharibəni uduzub, işğal etdiyi Azərbaycan torpaqlarından qovulub. Deməli, ermənilərə uzun illər təbliğ olunan ideyaların puç olduğu təsdiqlənib. Onlar sahibi olmadıqları əraziləri ələ keçirmək niyyətində idilər. Təəssüf ki, havadarları revanşistlərin köməyilə erməni cəmiyyətinin başının altına yastıq qoymaqdadır. Belə qüvvələr Ermənistan dövlətinin yenidən qurulmasına maneədir. Onların qənaətincə, rəsmi İrəvan Azərbaycanla Türkiyənin tələblərini yerinə yetirir. Guya bu iki ölkə erməni dövlətçiliyini dağıtmaq istəyir. N.Paşinyanın yeni konstitusiyanın qəbulu ilə bağlı təşəbbüsünü də buna səbəb olaraq göstərirlər.

Ancaq baş nazirin istefa tələbi ilə aksiya ilk dəfə keçirilmir. 2020-ci il noyabrın 7-də, dekabrın 5-də də N.Paşinyan qarşısında şərtlər qoyulub. Bildirilib ki, o, bunlara əməl etməzsə, istefaya getməli olacaq. O vaxt bu aksiyalara daşnaklar rəhbərlik edirdi. 2021, 2022 və 2023-cü illərdə də Ermənistanda mahiyyəti hələ də qeyri-müəyyən olan müxalifət baş nazirin və komandasının istefasını tələb edib. Ancaq bu qüvvələr tələblərini əsaslandırmaqda çətinlik çəkib. Onlar daha çox “Nikol istefa versin, qalan işlər biz görərik” deyiblər. Belələri Ermənistanın inkişafı, gələcəyi ilə bağlı atılacaq konkret addımlardan bəhs etməyiblər.

Fevralın 20-də keçirilən aksiyada baş nazirin istefası ilə əlaqədar 100 əsasın olması iddiasına baxmayaraq onlar reallığı əks etdirmir.

c2edca3c-f74f-3c4a-bd8d-d769c7279977.jpg (102 KB)

Bu “revanşistlər” Nikol Paşinyanın saxtakarlığına yardım edirlər. Çünki onun yeni konstitusiya və dövlət quruculuğu ilə bağlı addım atmasını gecikdirməsinə əsas verirlər. Belə təəssürat yaranır ki, Paşinyan reallıqdan doğan bütün şərtlərə əməl etməyə hazırdır, ancaq ona “miatsum”lar mane olur. Ötən 4 il də keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarqsyan, Artur Vanetsyan və başqaları Paşinyanın istefasına dəfələrlə cəhd göstərib. Ancaq nəticə onun xeyrinə olub.

Ermənistanda hazırda müxalifət konsepsiyasız qüvvələrdən ibarətdir. Onlar əsasən bu iddiaları irəli sürürlər - Rusiya ilə münasibətlərinin qorunması, Azərbaycan, Türkiyəyə əsassız iddialar, Qərbi tənqid etmək, Nikol Paşinyana istefa. Baş nazir isə məsələyə daha fundamental yanaşana oxşayır. Əsas məsələ Ermənistan konstitusiyasının yenidən yazılması, gerb, himnin dəyişməsi, tarix dərslərində dəyişikliyin edilməsi və s-dən ibarətdir.

a3475a2f-ad44-3c4a-b158-3557f6b3c5eb.jpg (56 KB)

Bütün bu faktlar indiki şəraitdə N.Paşinyanın istefaya getməsinin mümkün olmadığını təsdiqləyir. Bu, həm də onu göstərir ki, Ermənistan cəmiyyəti boş-boş ideyalardan doyub, yorulub. N.Paşinyanın yalan vədləri ilə birlikdə qalmasının başlıca səbəblərindən biri də budur. Baş naziri və komandası həm də ona görə istefa vermir, yaxud vəzifədən getmir ki, ona alternativ hələ formalaşmayıb. Hökumət başçısı verdiyi vədlərə əməl etməzsə, alternativin formalaşmasını tezləşdirəcək.

 
01/05/2024 15:00
53

Fransa daha bir ölkədən qovulur

01/05/2024 11:45
43

“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”

24/02/2024 22:38
560

Dollar və avro GÖRÜN NEÇƏYƏ OLDU

24/02/2024 17:38
489

Xocalıda erməni evindən tapılan kasetlər ŞOK etdi - FOTO

22/02/2024 12:12
66

ABŞ prezidenti Vladimir Putini təhqir etdi

21/02/2024 19:15
30

Monqolustan lideri İlham Əliyevə məktub ünvanladı