“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”

01/05/2024 11:45
87

“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlət başçısı bildirib:

“Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.

Prezident İlham Əliyev çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb.

Dövlət başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb.

Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik.

 

 
 
 
01/05/2024 15:00
99

Fransa daha bir ölkədən qovulur

24/02/2024 22:38
605

Dollar və avro GÖRÜN NEÇƏYƏ OLDU

24/02/2024 17:38
504

Xocalıda erməni evindən tapılan kasetlər ŞOK etdi - FOTO

22/02/2024 12:12
103

ABŞ prezidenti Vladimir Putini təhqir etdi

21/02/2024 19:59
79

Nikol Paşinyan yenə istefa vermədi - reallaşmayan “miatsum” xülyası - ŞƏRH

21/02/2024 19:15
44

Monqolustan lideri İlham Əliyevə məktub ünvanladı