Prezident İlham Əliyev "The Rockefeller Foundation"ın rəhbəri ilə görüşüb

17/02/2024 21:39
13

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən "The Rockefeller Foundation"ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub.

"Reels.az" AZƏRTAC-a istinadən bildirir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor "The Rockefeller Foundation"ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd etdi. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.

Ölkəmizin "The Rockefeller Foundation"la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi.

01/05/2024 15:00
53

Fransa daha bir ölkədən qovulur

01/05/2024 11:45
43

“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”

24/02/2024 22:38
560

Dollar və avro GÖRÜN NEÇƏYƏ OLDU

24/02/2024 17:38
489

Xocalıda erməni evindən tapılan kasetlər ŞOK etdi - FOTO

22/02/2024 12:12
66

ABŞ prezidenti Vladimir Putini təhqir etdi

21/02/2024 19:59
30

Nikol Paşinyan yenə istefa vermədi - reallaşmayan “miatsum” xülyası - ŞƏRH