Saakaşvili: "Mən də Putinin məhbusuyam"

17/02/2024 19:43
13

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündən təəssüfləndiyini bildirib.

"Reels.az" xəbər verir ki, eks-prezident Rusiyadakı digər siyasi məhbusların azadlığa buraxılmasına çağırıb.

“Aleksey Navalnı Putin rejiminə müqavimətin böyük qəhrəmanı idi. Ölümü böyük faciədir, amma bu labüd təhlükə çoxdan vardı. Əvvəllər Alekseylə aramızda fikir ayrılıqları olub, amma onun cəsarəti və böyük istedadına heyran olmuşam, Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi vaxt mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi Qərbi Rusiyadakı digər siyasi məhbusları xilas etməyə çalışmağa çağırıram. Məni də xilas etməyə çalışın. Çünki mən də Vladimir Putinin məhbusuyam və bütün dünyanın gözü qarşısında həbsxanada zəhərlənmişəm. Bəlkə Putinin ölüm siyahısında növbəti mənəm?”, - Saakaşvili vurğulayıb.

01/05/2024 15:00
53

Fransa daha bir ölkədən qovulur

01/05/2024 11:45
43

“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”

24/02/2024 22:38
560

Dollar və avro GÖRÜN NEÇƏYƏ OLDU

24/02/2024 17:38
489

Xocalıda erməni evindən tapılan kasetlər ŞOK etdi - FOTO

22/02/2024 12:12
66

ABŞ prezidenti Vladimir Putini təhqir etdi

21/02/2024 19:59
31

Nikol Paşinyan yenə istefa vermədi - reallaşmayan “miatsum” xülyası - ŞƏRH