Sürücülərin NƏZƏRİNƏ: sabah səhər saatlarından ETİBARƏN…

25/02/2024 12:18
649

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

 

 

 

Referans.az-ın xəbərinə görə, bu barədə Bakı şəhər DYP İdarəsinin sürücülərə müraciətində bildirilib.

 

 

 

Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

 

 

 

Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

 

 

 

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

01/05/2024 15:19
97

Rasim Tağıyevin oğlu həbs edildi

01/05/2024 14:57
53

General Qazaxda minaya düşən hərbçiyə baş çəkdi - Video

01/05/2024 11:47
127

“Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi”

01/05/2024 11:40
50

“Oğlum bir gün bütün əziyyətlərimi anlayacaq" - Röya

01/05/2024 11:34
103

“Mən müsəlman deyiləm”

27/02/2024 12:54
184

Azərbaycanda onlayn reklam: 2024-cü ildə xüsusiyyətlər və imkanlar