Rasim Tağıyevin oğlu həbs edildi

01/05/2024 15:19
97

Tovuzda tanışının üzərinə benzin tökərək yandırmaqda şübhəli bilinən şəxs həbs edilib.

“Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin sabiq müdiri Rasim Tağıyevin oğludur. O, bir neçə gün əvvəl mediaya açıqlamasında T.Məmmədovanın oğlu Röyalı şərlədiyini, onun özünü yandırdığını iddia etmişdi.

 

 
 
 
01/05/2024 14:57
52

General Qazaxda minaya düşən hərbçiyə baş çəkdi - Video

01/05/2024 11:47
126

“Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi”

01/05/2024 11:40
50

“Oğlum bir gün bütün əziyyətlərimi anlayacaq" - Röya

01/05/2024 11:34
102

“Mən müsəlman deyiləm”

27/02/2024 12:54
183

Azərbaycanda onlayn reklam: 2024-cü ildə xüsusiyyətlər və imkanlar

25/02/2024 16:48
201

“İndiki qızlar çox abırsız, həyasız olublar” - Əməkdar artistdən sərt sözlər