Sabiq Baş Qərargah rəisi "Tərtər işi"nə görə məhkəmədə ifadə verə bilər

22/02/2024 12:34
99

“Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər-Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Reels.az" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb.

General Orucovun vəkili Elvin Rzayev və digər müdafiəçilərin ilk vəsatəti apellyasiya məhkəməsinin tam istintaqla aparılması ilə bağlı olub.

Vəkillər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə zabitin məhkəməyə çağırılmasını istəyiblər. Müdafiə tərəfi həmin şəxslərin məhkəmədə deyəcəklərinin iş üçün əhəmiyyət kəsb etdiyini düşünür.

Hakim Elmar Rəhimov məhkəmənin istintaqla aparılması haqda vəsatəti təmin etməyib. N.Sadıkov və digərlərinin əlavə şahid kimi məhkəməyə çağırılması ilə bağlı vəsatət isə hələ ki, baxılmamış saxlanılıb. Hakim deyib ki, məhkəmə baxışının gedişində həmin vəsatət yenidən müzakirə ediləcək.

Proses fevralın 28-i davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qafqazinfo.az

27/02/2024 12:54
140

Azərbaycanda onlayn reklam: 2024-cü ildə xüsusiyyətlər və imkanlar

25/02/2024 16:48
163

“İndiki qızlar çox abırsız, həyasız olublar” - Əməkdar artistdən sərt sözlər

25/02/2024 15:52
128

Əhmədovların süfrə arxasında yeni görüntüsü -

25/02/2024 12:18
598

Sürücülərin NƏZƏRİNƏ: sabah səhər saatlarından ETİBARƏN…

25/02/2024 00:11
421

DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi: Gecə saatlarından başlayaraq...

24/02/2024 18:28
344

Azərbaycanda qız evinə gələn bəyin hərəkəti gündəm oldu - gəlinə yaxınlaşmadı - VİDEO