Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilir

21/02/2024 16:09
51

Bakıda fevralın 21-də Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilir.

“Report”un məlumatına görə, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə 40-a yaxın dövlətin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

 İclasın gündəliyinə APA-nın Bürosunun seçilməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsinin dinlənilməsi, APA-nın Baş katibinin çıxışı, 2024-cü il üçün APA-nın vitse-prezidentlərinin seçilməsi və təsdiq edilməsi, Assambleyanın 14-cü plenar sessiyasının gündəliyinin təsdiqlənməsi kimi məsələlər daxildir.

 İclasda, həmçinin APA-nın İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəni məsələlər və Siyasi məsələlər üzrə daimi komitələrinin tərkibləri təsdiqlənəcək.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

 Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Plenar sessiya öz işini fevralın 24-də başa çatdıracaq.

Xatırladaq ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib.

01/05/2024 15:19
49

Rasim Tağıyevin oğlu həbs edildi

01/05/2024 14:57
12

General Qazaxda minaya düşən hərbçiyə baş çəkdi - Video

01/05/2024 11:47
69

“Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi”

01/05/2024 11:40
19

“Oğlum bir gün bütün əziyyətlərimi anlayacaq" - Röya

01/05/2024 11:34
61

“Mən müsəlman deyiləm”

27/02/2024 12:54
150

Azərbaycanda onlayn reklam: 2024-cü ildə xüsusiyyətlər və imkanlar