Qadını övladlarının gözləri önündə qətlə yetirən şəxsə ağır cəza

19/02/2024 20:15
15

Qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Teymur Məmmədova hökm oxunub.

"Reels.az" report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, T.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Eldar Həmzə məhkəmədən təqsirləndirilən şəxsin 19 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Ətraflı

Xatırladaq ki, ittiham aktına görə, T.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı qadın - 1994-cü il təvəllüdlü Tacirə Salmanovanı xəyanət etməsinə, əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edərək onu qəsdən öldürmək qərarına gəlib.

Belə ki, təqsirləndirilən şəxs ötən ilin avqustunda T.Salmanovanı Nərimanovda birgə kirayədə yaşadığı evdə qeyri-rəsmi nikahdan dünyaya gəlmiş övladlarının gözü qarşısında qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, o, qadının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirməklə xüsusi amansızlıqla ümumilikdə, 25 bıçaq zərbəsi vurub.

T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

15/02/2024 15:34
175

Əhmədin polisdən buraxılmasına səbəb kim olub? - FAKTLAR açıqlandı

14/02/2024 19:20
70

Azərbaycanda FETÖ-nun mühasibi məhkəmə qarşısına çıxıb

13/02/2024 21:36
214

Bakıda dəhşətli ailə cinayəti: azyaşlılarla birlikdə 5 nəfər qətlə yetirildi

13/02/2024 20:34
60

Anasını amansızlıqla öldürən məktəbliyə hökm oxunub

01/02/2024 19:55
1184

Bakıda iki erməni qardaş ələ keçdi - VİDEO

01/02/2024 19:52
349

Azərbaycanda qadın uşaqlarını atıb evdən qaçdı, sevgilisi isə... - Dəhşət