Anasını amansızlıqla öldürən məktəbliyə hökm oxunub

13/02/2024 20:34
61

Anasını öldürməkdə ittiham olunan 16 yaşlı Z.M.-nin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Reels.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, yeniyetmə müttəhim xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qanuna görə, yetkinlik yaşına çatmayan şəxsə törətdiyi cinayətin ağırlıq dərəcəsindən asılı olmayaraq 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilə bilməz.
Qeyd edək ki, hadisə ötən ilin fevralında Xətai rayonu ərazisində qeydə alınıb. İttihamda deyilir ki, 16 yaşlı Z. M. anası, 46 yaşlı Solmaz Mansurovaya 192 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Təqsirləndirilən şəxs məktəbli olub.

19/02/2024 20:15
15

Qadını övladlarının gözləri önündə qətlə yetirən şəxsə ağır cəza

15/02/2024 15:34
176

Əhmədin polisdən buraxılmasına səbəb kim olub? - FAKTLAR açıqlandı

14/02/2024 19:20
71

Azərbaycanda FETÖ-nun mühasibi məhkəmə qarşısına çıxıb

13/02/2024 21:36
215

Bakıda dəhşətli ailə cinayəti: azyaşlılarla birlikdə 5 nəfər qətlə yetirildi

01/02/2024 19:55
1185

Bakıda iki erməni qardaş ələ keçdi - VİDEO

01/02/2024 19:52
350

Azərbaycanda qadın uşaqlarını atıb evdən qaçdı, sevgilisi isə... - Dəhşət