İsrailə məxsus avialayneri qaçırmağa cəhd ediblər

18/02/2024 23:51
61

Naməlum şəxslər Somali bölgəsində Taylandın Puket adasından İsrailin Ben-Qurion hava limanına uçan İsrailin “El Al” aviaşirkətinə məxsus təyyarənin rabitə sisteminə nəzarəti ələ keçirməyə cəhd ediblər. "Reels.az" xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Ehtimal edilir ki, husilərin nəzarətində olan bölgədə təyyarəni təyinat yerindən başqa istiqamətə yönləndirmək istənilib. Təyyarənin göyərtəsində 250 sərnişin və ekipaj üzvü olub. Rabitə sistemi vasitəsilə heyətə verilən göstərişlər marşrutdan fərqlənib.

Nəyinsə səhv olduğunu anlayan pilotlar onlara tabe olmayaraq alternativ rabitə vasitələrinə keçib, ərazidəki digər hava hərəkəti dispetçerləri ilə məlumatları yoxlayıb və onların aldadıldığını anlayıblar.

“Walla!” portalının məlumatına görə, son bir həftə ərzində Taylanda uçan İsrail aviaşirkətləri ilə bağlı ən azı iki oxşar insident baş verib.

İsrailin milli aviadaşıyıcısının nümayəndələri qeyd ediblər ki, Somalinin aviasiya hakimiyyət orqanları mümkün kommunikasiyaların pozulması barədə xəbərdarlıq edib, ona görə də pilotlar uçuşların təhlükəsizliyini təmin etmək üçün alternativ rabitə vasitələrindən istifadə etməyə məcbur olublar.

21/02/2024 23:04
54

Britaniya kralının təsviri olan əsginaslar dövriyyəyə buraxılacaq

21/02/2024 22:24
130

Polşada azərbaycanlı başından güllələnib

21/02/2024 08:11
60

Amerika vətəndaşı vətənə xəyanətdə ittiham olunur

21/02/2024 00:12
47

Bu ölkədə 10 nəfər Rusiya casusu saxlanılıb

20/02/2024 21:06
15

Batan gəmidən son video çəkən dənizçinin cəsədi çıxarıldı-VİDEO

20/02/2024 20:21
74

Keçmişin məşhur modeli ilahiyyatçı oldu-VİDEO