Amerika vətəndaşı vətənə xəyanətdə ittiham olunur

21/02/2024 08:11
61

Rusiya mənşəli balerina Kseniya Karelina vətənə xəyanət ittihamıyla həbs olunub. "Reels.az" xəbər verir ki, 32 yaşlı qadını bu maddə ilə 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, Karelina ABŞ-dakı bank hesabından Ukrayna üçün yardım toplayan "Razom"a 51.80 dollar ianə köçürüb. Bu qurum Ukrayna ordusu üçün tibbi preparatlar, silah və təminat alınmasına dəstək olur.

Kseniya, həmçinin ABŞ-da anti-Rusiya tədbirlərində yer alaraq rəsmi Kiyevin mövqeyini dəstəkləməkdə ittiham edilir. Gənc qadının Yekaterinburq şəhərində məhkəmə qarşısına çıxmasının görüntüləri yayılıb. 

Qeyd edək ki, Karelina 2021-ci ildə ABŞ vətəndaşlığı alıb və 2023-cü ildə orada ailə qurub. 
Rusiyada 2023-cü ilin əvvəlindən 63 nəfər vətənə xəyanət şübhəsi ilə saxlanılıb, onların 37-si təqsirli bilinib. 

21/02/2024 23:04
55

Britaniya kralının təsviri olan əsginaslar dövriyyəyə buraxılacaq

21/02/2024 22:24
131

Polşada azərbaycanlı başından güllələnib

21/02/2024 00:12
48

Bu ölkədə 10 nəfər Rusiya casusu saxlanılıb

20/02/2024 21:06
16

Batan gəmidən son video çəkən dənizçinin cəsədi çıxarıldı-VİDEO

20/02/2024 20:21
75

Keçmişin məşhur modeli ilahiyyatçı oldu-VİDEO

20/02/2024 20:15
68

Xüsusi Təyinatlı Qüvvələri Universitetinə Putinin adı verildi