Bu Avropa ölkəsi bütün artilleriyasını Ukraynaya verib

18/02/2024 18:41
56

Danimarka silahlı qüvvələri artıq bütün artilleriyasını Ukraynaya təhvil verib, indi Avropa ölkələri anbarlarda saxlanılan sursatları Kiyevə göndərməlidir.

"Reels.az" xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında debat zamanı deyib.

“Danimarka tərəfində biz bütün artilleriyamızı təhvil vermişik, lakin hələ də Avropada anbarlarda döyüş sursatları var. Söhbət təkcə istehsaldan getmir, çünki bizim silahlarımız, sursatlarımız, hava hücumundan müdafiə vasitələrimiz var, buna ehtiyacımız belə yoxdur. Hazırda biz onu Ukraynaya çatdırmalıyıq”, - hökumət başçısı bildirib.

Frederiksen hesab edir ki, Avropa Ukraynaya kömək etmək üçün daha çox iş görməlidir; münaqişənin başlanmasının ikinci ildönümü Qərbdən Kiyevə böyük silah ianələri ilə qeyd olunmalıdır.

“Söhbət döyüş sursatı, artilleriya, uzaqmənzilli raketlər, dronlar və daha çox şeylərdən gedir. Vurğulamaq istəyirəm ki, Ukrayna üçün əlavə sözlər deyil, yeni tədarüklər, yeni ianələr, hərbi texnika olmalıdır. Sözlər bu vəziyyəti həll etməyəcək”.

Report.az

21/02/2024 23:04
54

Britaniya kralının təsviri olan əsginaslar dövriyyəyə buraxılacaq

21/02/2024 22:24
130

Polşada azərbaycanlı başından güllələnib

21/02/2024 08:11
60

Amerika vətəndaşı vətənə xəyanətdə ittiham olunur

21/02/2024 00:12
47

Bu ölkədə 10 nəfər Rusiya casusu saxlanılıb

20/02/2024 21:06
15

Batan gəmidən son video çəkən dənizçinin cəsədi çıxarıldı-VİDEO

20/02/2024 20:21
75

Keçmişin məşhur modeli ilahiyyatçı oldu-VİDEO