"Böyük dəbilqə" turnirində iki qızıl medal

17/02/2024 22:41
12

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” davam edir.

"Reels.az" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 9 üzvü tatamı üzərinə çıxıb.

Onlardan ikisi qızıl, biri gümüş medal qazanıb.

Yığmamızın lideri Hidayət Heydərov (73 kq) həlledici qarşılaşmada Abubakr Şerovla (Tacikistan) güləşib. Görüş üçqat Avropa çempionumuzun qələbəsi ilə başa çatıb. O, millimizə Bakıda ilk qızıl medalı qazandırıb.

81 kq-da isə Azərbaycan finalı baş tutub. Zelim Tçkayev və Omar Rəcəbli ilə üz-üzə gəlib. Qarşılaşmanı Tçkayev aktivinə yazaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəcəbli ikinci yerlə kifayətlənib.

Daha bir cüdoçumuz günü medalla başa vurmağa yaxın olsa da, bunu bacarmayıb. Yarımfinalda Heydərova uduzan Rəşid Məmmədəliyev (73 kq) bürünc üçün Artur Marqelidonla (Kanada) münasibətiə aydınlıq gətirib. Rəqib gələbə qazandığından təmsilçimiz 5-ci olub.

Qeyd edək ki, Olimpiadaya lisenziya xalları verən yarışda 61 ölkədən 404 idmançı iştirak edir. “Böyük Dəbilqə”nin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) 3-cü yeri tutublar.

21/02/2024 23:28
121

Türkiyə Superkubokunun tarixi və yeri müəyyənləşib

21/02/2024 15:19
88

Tofiq Bəhramov stadionu “Qarabağ”ın oyununa hazırdır? - AÇIQLAMA

20/02/2024 22:57
61

Almaniyaya dünya çempionluğu gətirən futbolçu dünyasını dəyişib

19/02/2024 22:28
13

Avropa çemponatında uğurla çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar

18/02/2024 22:13
101

Azərbaycan cüdo yığması 1-ci oldu

18/02/2024 19:05
58

İsrail Fələstini dövlət kimi tanımamaqda israr edir