Tofiq Bəhramov stadionu “Qarabağ”ın oyununa hazırdır? - AÇIQLAMA

21/02/2024 15:19
88

“Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa”ya qarşı keçirəcəyi oyun üçün son tamamlanma işləri görülür”.

Bu barədə “Report”a açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib.

 O bildirib ki, hazırda stadionda hər şey qaydasındadır, heç bir problem yoxdur.

T.Məmmədov arenada ötən ilin dekabrında uçan dam örtüyünün bərpası ilə bağlı Türkiyədən sifariş verilən tavanın nə zaman gətiriləcəyinin hələ dəqiq bilinmədiyini sözlərinə əlavə edib:

 “Bu, müəyyən zaman tələb edir. Bu işlə sığorta şirkəti məşğuldur. Çünki stadion sığortalanmışdı. Nə zaman gətiriləcəyi barədə hələ dəqiq informasiya yoxdur”.

Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.

21/02/2024 23:28
121

Türkiyə Superkubokunun tarixi və yeri müəyyənləşib

20/02/2024 22:57
60

Almaniyaya dünya çempionluğu gətirən futbolçu dünyasını dəyişib

19/02/2024 22:28
13

Avropa çemponatında uğurla çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar

18/02/2024 22:13
101

Azərbaycan cüdo yığması 1-ci oldu

18/02/2024 19:05
57

İsrail Fələstini dövlət kimi tanımamaqda israr edir

18/02/2024 13:16
13

“Euronews”: “Azərbaycan liderinin cüdoya dəstəyi gələcək istedadlara öz təsirini göstərir”