"Qarabağ" Portuqaliyada tarix yazdı - VİDEO

16/02/2024 01:58
285

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Qarabağ" səfərdə "Braqa"nın qonağı olub. "Reels.az" xəbər verir ki, Avrokuboklarda yeganə təmsilçimiz Portuqaliyada inamlı oyunla yadda qalıb. İlk hissəsi bərabərliklə (1-1) yekunlaşan oyunun ikinci yarısında tərəflər 4 dəfə fərqlənib. Görüş "Qarabağ"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. 

UEFA Avropa Liqası, pley-off mərhələsi (ilk oyun)

16 fevral

Braqa 2-4 Qarabağ

Banza 44, Moutinyo pen. 90+1 - Yankoviç pen.21, Zubir 54, 69, Juninyo 65

"Köhlən atlar" bununla tarixi nəticəyə imza atıb. Belə ki, indiyə qədər heç bir Azərbaycan klubu Portuqaliya təmsilçisinə qalib gələ bilməmişdi. 
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

21/02/2024 23:28
121

Türkiyə Superkubokunun tarixi və yeri müəyyənləşib

21/02/2024 15:19
88

Tofiq Bəhramov stadionu “Qarabağ”ın oyununa hazırdır? - AÇIQLAMA

20/02/2024 22:57
60

Almaniyaya dünya çempionluğu gətirən futbolçu dünyasını dəyişib

19/02/2024 22:28
13

Avropa çemponatında uğurla çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar

18/02/2024 22:13
101

Azərbaycan cüdo yığması 1-ci oldu

18/02/2024 19:05
57

İsrail Fələstini dövlət kimi tanımamaqda israr edir