Daha bir güləşçimiz Avropa çempionu olub

14/02/2024 22:58
88

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

"Reels.az" xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Həsrət Cəfərov finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millinin digər üzvü Ülvü Qənizadə (72 kiloqram) qızıl mükafat uğrunda türkiyəli Səlçuk Cana 0:2 hesabıyla məğlub olaraq ikinci pilləni tutub. Qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhan, Alyona Kolesnik (59 kiloqram) ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram) və Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

21/02/2024 23:28
122

Türkiyə Superkubokunun tarixi və yeri müəyyənləşib

21/02/2024 15:19
88

Tofiq Bəhramov stadionu “Qarabağ”ın oyununa hazırdır? - AÇIQLAMA

20/02/2024 22:57
61

Almaniyaya dünya çempionluğu gətirən futbolçu dünyasını dəyişib

19/02/2024 22:28
13

Avropa çemponatında uğurla çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar

18/02/2024 22:13
102

Azərbaycan cüdo yığması 1-ci oldu

18/02/2024 19:05
58

İsrail Fələstini dövlət kimi tanımamaqda israr edir