AZ

Tümen vilayətindən Azərbaycana 14 ton yulaf yarması və kəpək tədarük olunub

Tümen

Moskva, 12 fevral, AZƏRTAC

2024-cü ildə Azərbaycan Tümen vilayətində istehsal olunmuş 14 ton yulaf yarması və kəpək satın alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tümen vilayətinin mediası yazıb.

Tümen mediası qeyd edib ki, 2024-cü ildə azərbaycanlı sahibkarlar bu regionun ərazisində istehsal edilən 14 ton yulaf yarması və kəpək satın alıblar.

Tümen vilayətində taxılın dərin təkrar emalı ilə “AminoSib” şirkəti məşğul olur. Bu müəssisə yeddi ölkəyə, o cümlədən Azərbaycana müxtəlif məhsullar ixrac edir.

Azərbaycan əsas kontragent ölkələr arasında yer alır. Rusiyanın regionu bizim ölkəmizdən nəqliyyat vasitələri, neft hasilatı avadanlıqları, qida məhsulları və meyvələr idxal edir.

Xatırladaq ki, ötən ilin sentyabrında Tümen vilayətinin nümayəndə heyəti Azərbaycanda biznes missiyasının tədbirlərində iştirak edib. Onun tərkibinə metal mebellər istehsal edən “Ayroneks” müəssisəsi, qida məhsulları və alkoqolsuz içkilər, yük maşınları üçün yedək, avtobus texnikası buraxan fabrik və zavodların rəhbərləri daxil idilər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla