AZ

Nevildən mersisaydlıları əsəbiləşdirəcək AÇIQLAMA: "“Liverpul”dan daha yaxşıdır"

“Mançester Yunayted”in keçmiş müdafiəçisi və hazırda futbol eksperti Qari Nevil Arsenal klubu ilə bağlı fikirlərini açıqlayıb.

 

Sfera.az “Sky Sports”a istinadən bildirir ki, ekspert “Arsenal”ın hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edən “Liverpul”dan daha yaxşı olduğunu iddia edib:

 

“Arsenal" hazırda “Mançester Siti”yə ən yaxın klubdur. "Liverpul”un əla meneceri var, amma mən hiss edirəm ki, "Arsenal" daha güclüdür. Keçən mövsüm “Arsenal”ın Premyer Liqanı qazanacağına inanmırdım. Onlar bunu bacara bilərlər”.

 

Bu mövsüm İngiltərə Premyer Liqasının 24 turundan sonra "Arsenal" "Liverpul"dan 2 xal geri qalaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın 23-cü turunun matçında Mikel Artetanın yetirmələri mersisaydlılara 3:1 hesabı ilə qalib gəlib.
 

Seçilən
23
46
Mənbələr
Şərh ()
Bağla