AZ

Kriptovalyuta bazarında DALĞALANMA – “Bitcoin” daha da BAHALAŞACAQ?

Hazırda beynəlxalq kriptovalyuta bazarında ciddi dalğalanmalar müşahidə olunur. 

Bizim.Media "Coinmarketcap" birjasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında “Bitcoin” 48 129 ABŞ dolları dəyərində olsa da, cəmi 1 saat ərzində qiymət 47 990 dollara qədər enib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Bitcoin” dolları əvəz edəcək?


Səhər saatlarında “Bitcoin”in ümumi bazar dəyəri isə təxminən 943 milyard 786 milyon dollardan 943 milyard 940 milyon 685 min dollara yüksəlmişdi. 

Əldə etdiyimiz son hesabatda isə dəyərin yenidən artdığı və yüksələn xətlə inkişaf etdiyi bildirilir. Hazırda 1 “BTC” 48 302 dollara yaxın, bazar dəyəri isə 947 milyard 850 milyon dollara bir qədər yuxarıdır və dalğalanmalar hələ də davam edir. 

Səkkiz gün ərzində dayanmadan bahalaşan “BTC”nin dəyəri 13,65 faizlik  artımla 48 000 dolları ötdü. Bu yüksəliş əvvəlki itkilərin yarısını kompensasiya etdi.

“Bitcoin”in qiymətindəki dəyişikliklərlə bağlı fikirlərini beynəlxalq mətbuata açıqlayan kriptovalyuta analitiki Michael van de Poppe, “Bitcoin” və kriptovalyuta bazarlarının gələcəyi ilə bağlı bəzi proqnozlar verib. 

Onun sözlərinə görə, bir neçə gün əvvələ qədər əldə edilən gəlirlər artıq aşağıya doğru istiqamət götürüb: 

“Yaxın dövrlərdə də oxşar proseslərin davam edəcəyi gözlənilir”. 

Gəlirlərin azalması ilə bağlı narahatlığını dilə gətirən ekspert vurğulayıb ki, bu dövrdə “BTC”in potensialı 1,90 faiz yüksələcək və 300 000 dollara çatacaq.   

“IntoTheBlock” birjasının təhlilçiləri isə bildirir ki, “Bitcoin” investorlarının əksəriyyətinin dalğalanmalar zamanı əldə etdiyi qazanc bazarda çaxnaşma yaradırdı ki, bu da satış ehtimalını azaldırdı. 

Onların dediyinə görə, “Bitcoin” 49.000 dollarlıq müqavimət səviyyəsini yenidən sınaqdan keçirməyə hazırlaşır:  

“Bu isə yüksəlişin davam etməsi üçün müsbət əlamət kimi qiymətləndirilir”.

Son 3 həftədə nəhəng sərmayədarlar külli miqdarda “Bitcoin” almaqla, öz güclərini daha da artırıblar. Ali Martinez kimi təcrübəli analitiklər bu tendensiyanın böyük investorlar arasında güclü yüksəliş əhval-ruhiyyəsi yaratdığını bildirir.

Rövşən Ziya, Bizim.Media

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla