AZ

"Qəzzada rəhbərliyə texnokratlar gəlməlidir" - Mahmud Abbas

 
"Bu təklif müxtəlif sahələrdə siyasətçilərin deyil, mütəxəssislərin olmasını nəzərdə tutur..."
 
"Bu təşəbbüs nə FAT-a nifrət edən islamçıları, nə də Netanyahu hökumətini qane edəcək..."
 
Fələstin Muxtariyyətinin sədri Mahmud Abbas Qəzzanın müharibədən sonra idarə edilməsi ilə bağlı mövqeyini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, o, bu məsələni müzakirə etmək üçün  Qətərin paytaxtı Doha şəhərinə səfərə gəlib. Məlumatı "ukr.net" nəşri yayıb.
 
İndiyədək Mahmud Abbas birmənalı olmayan vəziyyətə təsir etməyə cəhd göstərməyib, çünki gerçək rıçaqlara malik olmayıb.
 
HƏMAS-ın darmadağın edilməsindən sonra Qəzzada "peyda olmaq" onun üçün daha populyar rəqibinin yəhudilərin əllərilə kənarlaşdırılması hesabına İsrail süngüsündə bölgəyə girişinə bərabər olardı.
 
Bununla əlaqədar olaraq Mahmud Abbas bir neçə dəfə Fələstin Muxtariyyətinin Qəzzada idarəetməni öz üzərinə götürməyə, lakin müharibədən sonra hakimiyyət orqanlarında HƏMAS-ın iştirakını istisna etmədiyinə hazır olduğu barədə həvəssiz bəyanatlar verib.
 
Fəqət, bu məsələdə Fələstin rəhbəri ona xas olan enerji və məqsədyönlülük  nümayiş etdirməyib, işlərin necə gedəcəyini və İsrailin Qəzzaya hərbi yürüşünün nə ilə bitəcəyini gözləyib.
 
İndi isə İsrail baş nazirinin qətiyyətli ovqatda olduğuna və "Rafiah" nəzarət-buraxılış məntəqəsinin özünədək gedib çıxmaq niyyətinə əmin olandan sonra Mahmud Abbas diqqətini cəmləşdirərək gələcək haqqında ciddi düşünməyə başlayıb. 
 
Fevralın 11-də o, Qətər hakimiyyəti ilə HƏMAS-a öz təklifləri ilə bağlı danışıqlar aparmaq üçün Dohaya gəlib.
 
Qeyd edək ki, HƏMAS-la Fələstin Azadlıq Hərəkatı arasında olan nifrət dərəcəsi hər ikisinin yəhudilərə və İsrailə olan nifrətindən az qala yüksəkdir, ona görə də danışıqlar üçün onlara da vasitəçilər lazımdır.
 
Ərəb mətbuatının məlumatına görə, Mahmud Abbas islamçılara bütün Fələstin Muxtariyyətini idarə edəcək "texnokratlar administrasiyası"nı formalaşdımağı təklif etmək niyyətindədir.
 
"Texnokratlar administrasiyası" müxtəlif sahələrdə siyasətçilərin deyil, mütəxəssislərin olmasını nəzərdə tutur.
 
Qəzzada bölgənin bərpası və inkişafı üzrə beynəlxalq strukturların nəzarəti altında işləyəcək, xarici audit kontoru tərəfindən nəzarət ediləcək ayrıca büdcəsi olan ayrıca idarəetmə yaradılacaq.
 
Paralel olaraq "HƏMAS"ın artıq Fələstin ərəblərinin müxtəlif təşkilatlarını birləşdirən FAT strukturuna "sızması" həyata keçiriləcək. Bundan öncə HƏMAS-dan dörd şərtə əməl etməsi tələb ediləcək.
 
Birincisi, yəhudi dövlətinin məhv edilməsi ideyasından imtina etmək və 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılmasına qane olmaq.
 
İkincisi, "Fələstin xalqının nöqteyi-nəzərincə, mübarizənin bütün formalarının qanuni olmasına rəğmən, hazırkı mərhələdə FAT-ın zəruri hesab etdiyi xalq müqaviməti formaları ilə kufayətlənmək lazımdır".
 
Üçüncüsü, FAT-ın Fələstin xalqının maraqlarının yeganə qanuni nümayəndəsi olduğunu tanımaq və Nizamnaməyə əməl etmək. 
 
Dördüncüsü, ərəb-İsrail münaqişəsinin nizamlanması zamanı fəaliyyətlərin qanunauğunluğu və beynəlxalq qanunvericiliyə əməl edilməsidir.
 
Bütün bunlar hazırkı mərhələdə istisnasız olaraq Ramallahın təşəbbüsüdür və hər şeydən göründüyü kimi misirlilərin köməyilə formalaşdırılıb.
 
Bu təşəbbüs çətin ki, FAT-a nifrət edən islamçıları qane edəcək, bunun üçün onlar gərək o qədər küncə sıxışdırılsın ki, ümumiyyətlə, istənilən ssenariyə razılıq versin.
 
Bu təşəbbüs həm də İsrailin mövqeyini nəzərə almır, ona görə də belə variantın perspektivləri çox dumanlı görünür.
 
Çünki Netanyahu hökuməti əllərini yanına salıb Qəzzada HƏMAS-ın azacıq belə dirçəlişinə, orada Mahmud Abbasın və onun İsrailəyhinə administrasiyasının peyda olmasına imkan vermək niyyətində deyil.
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla