Blogerin 200-lə sürdüyü "Range Rover"in nömrəsi satılır - 18 min AZN - FOTO

24/02/2024 18:05
383

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunda yüksək sürətlə idarə olunan "Range Rover" markalı maşının dövlət qeydiyyat nişanı satışa çıxarılıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, söhbət ötən həftə Axundzadə Əsmər Roman qızının saatda 200 km sürətlə idarə etdiyi 77 ES 777 dövlət qeydiyyat nişanlı avtomobildən gedir. 

Qeydiyyat nişanı hazırda mashin.al elan saytında satışdadır. 

Elan ötən ilin avqust ayında yerləşdirilib. Qeydiyyat nişanına 18 000 AZN qiymət qoyulub. 

Qeyd edək ki, sosial şəbəkədə "Esma Nur" adı ilə tanınan Axundzadə Əsmər Roman qızı idarə etdiyi 77-ES-777 qeydiyyat nişanlı, "Range Rover" markalı avtomobillə videoçəkiliş aparmaqla kobud qayda pozuntularına yol verdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.

Xəbərə görə, aktiv sosial şəbəkə istifadəçisi olan xanım sürücü araşdırma zamanı çoxsaylı izləyici toplamaq məqsədilə inzibati qayda pozuntusu törətdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib. Törətdiyi əməlin mahiyyəti və doğurduğu mənfi nəticələr barədə sürücü ilə izahedici söhbətlər aparılmaqla, barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.

25/02/2024 14:52
426

“Qəbir yerini 8-5 min manata deyir, bazardır?“ - Aktyor OD PÜSKÜRDÜ

25/02/2024 13:34
189

Bu da Nuri Sərinləndiricinin HƏYAT YOLAŞI - YENİ FOTOLAR

25/02/2024 12:56
190

Nigar Camal yataqdan görüntülərini PAYLAŞDI - VİDEO

24/02/2024 23:48
249

Xalq artistinin qızı ölkəni tərk etdi - FOTO

24/02/2024 19:44
453

"Ürəyimi niyə partladırsan..." - Gülay Zeynallı

24/02/2024 18:56
147

Dj Tural: “Şəkil çəkilib paylaşmaq üçün, mən onsuz da görürəm çimərlik geyimində” – VİDEO – FOTO