"Disney" gəlirlərinin azalmasında səbəbkarları tapıb

21/02/2024 08:13
49

Son illəri "Disney" üçün heç də uğurlu saymaq olmaz. Studiyanın son 8 layihəsindən zərəri 890 milyon dollara çatıb. "Reels.az" xəbər verir ki, korporasiyanın adı açıqlanmayan əməkdaşı bunu seksist izləyici ktləsi ilə əlaqələndirib. Onun sözlərinə görə, "Kapitan Marvel 2" və "Ulduz müharibələri" gender bərabərliyinə yad olan auditoriyanın ucbatından gözlənilən uğura nail olmayıb. 

"Bu tamaşaçılar qadın hüquqları və imkanlarının genişlənməsini istəmədiklərini sizə deməyəcək. Əvəzində bu filmləri "pis" olduqlarına görə bəyənmədiklərini bildirəcəklər. Belə izləyicilər üşün yaxşı film "reqressiv gender stereotiplərinə" uyğun gələn və ya "süjetin mərkəzinə kişiləri qoyan" ekran işləridir" - mənbə bildirib. 

Media isə bu "Disney"in bu ittihamlarını bəhanələr hesab edir. Çünki studiyanın bir sıra son işləri ayrıca siysi qruplar və kütləvi auditoriya tərəfindən müsbət dəyərləndirilib. 
Qeyd edək ki, "Disney" son layihələrindən 2.75 milyard dollar gəlir planlaşdırdığı halda, bu göstərici 1.86 milyard dollar olub. Media imperiyasının rəhbəri Robert Ayqer mətbuata açıqlamasında əsas səhvlərinin keyfiyyətə deyil, kəmiyyətə üstünlük verilməsində görüb. 

21/02/2024 22:57
63

Ronaldinyo Acunun dəvətini qəbul etdi

21/02/2024 21:41
32

"Apple"dən sağlamlıq üzrə yeni məhsul

20/02/2024 08:28
121

"Ginnesin Rekordlar kitabı"na düşən iki nəfər görüşüb

19/02/2024 23:26
15

Səudiyyə Ərəbistanı gözəllik yarışmasına iştirakçı göndərib-VİDEO

19/02/2024 20:55
17

ABŞ iranlı haker üçün 10 milyon dollar mükafat ayırdı

19/02/2024 08:30
91

Milyon dollarlıq bitkoininə əli çatmayan investor