Səddam Hüseyn barədə film çəkilir

17/02/2024 18:27
13

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək.

"Reels.az" oxu.az-a istinadən bildirir ki, filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin" filmlərinin ulduzu Barry Keogan canlandıracaq. O, diktatorun məhkəməsi və sonrakı edamından əvvəl bir neçə ay Hüseyni mühafizə edən amerikalı əsgəri canlandıracaq.

Film Uill Bardenverperin "Öz sarayının məhbusu: Səddam Hüseyn, onun amerikalı mühafizəçiləri və tarixin danışılmamış qalanları" ("The Prisoner in His Palace: Saddam Hussein, His American Guards, and What History Leaves Unsaid") kitabının sərbəst adaptasiyası olacaq.

"Amo Səddam" adlı filmin çəkilişlərinin payızda başlaması planlaşdırılır, premyeranın 2025-ci ildən tez olmayacağı ehtimal edilir.

Yohan Renk 2006-cı ildə Bağdad hisslərini başqa müharibə filmlərindəki stereotiplərdən istifadə etmədən orijinal şəkildə çatdırmağı planlaşdırır.

22/02/2024 12:28
79

Amerikalı yazıçı "İlin qadını" seçildi

21/02/2024 22:40
91

Xalq yazıçısı dünyasını dəyişdi

20/02/2024 21:36
19

"Fəlakət" Türkiyədə yeni seriala çəkilir

20/02/2024 20:40
13

Tanınmış şairin müalicəsini Heydər Əliyev Fondu nəzarətə aldı

20/02/2024 08:27
59

"Queen" musiqi kataloqlarını satışa çıxarır

19/02/2024 08:28
87

"Türkiyə serial ixracına görə ilk beşlikdədir"