Yunanlar Makedoniyalı İsgəndər haqqında çəkilən filmə etiraz edirlər-VİDEO

16/02/2024 13:45
88

"Neftflix"də yayımlanan Makedoniyalı İsgəndərə aid sənədli film Yunanıstanda birmənalı qarşılanmayıb. "Reels.az" xəbər verir ki, məşhur sərkərdənin general Hefestionla homoseksual münasibətinin və öpüşmə səhnəsinin yer aldığı səhnələrə kəskin etiraz olunur. "Alexander: The Making of A God" adlı filmə tərkibinə 3 sağçı partiya daxil olan Yunanıstan parlamentindən də reaksiya gəlib. Eyni zamanda milliyyətçi qruplar hökuməti sözügedən səhnələri yayımlayan "Netflix" platformasını boykot etməyə çağırıblar. 
Yerli "In.gr" saytına açıqlama verən yunan tarixçi İrkos Apostolidis qədimdə cinsi orientasiyanın cəmiyyətdə rol oynamadığını bildirib.
"Antik dünya bu formada deyildi. Birinin homoseksual olub-olmaması bizi maraqlandırmırdı" - Apostolidis deyib. 

Qeyd edək ki, sözügedən filmdə İsgəndər obrazını Bak Breytveyt, Hefestionu isə Dino Kelli canlandırıb.

 

22/02/2024 12:28
79

Amerikalı yazıçı "İlin qadını" seçildi

21/02/2024 22:40
90

Xalq yazıçısı dünyasını dəyişdi

20/02/2024 21:36
19

"Fəlakət" Türkiyədə yeni seriala çəkilir

20/02/2024 20:40
13

Tanınmış şairin müalicəsini Heydər Əliyev Fondu nəzarətə aldı

20/02/2024 08:27
59

"Queen" musiqi kataloqlarını satışa çıxarır

19/02/2024 08:28
87

"Türkiyə serial ixracına görə ilk beşlikdədir"