Azərbaycanda istehlak qiymətləri indeksi açıqlanıb

13/02/2024 19:48
49

Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar ayına nisbətən 101,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7%, qeyri-qida məhsulları üzrə 101,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2% təşkil edib.

Reels.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata görə, ötən ay istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,5% olub.

O cümlədən, yanvarda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi dekabra nisbətən 101,1% təşkil edib. Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının, azalma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1% olub. Qeyri-qida məhsullarından artım əsasən qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, azalma isə kərpicin, kondisionerlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvarda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi dekabra nisbətən 100% təşkil edib (qiymətlər sabit qalıb).

24/02/2024 23:03
245

24 yaşlı qız 2500 AZN götürərək 15 yaşlı oğlanın yanına qaçıbmış

22/02/2024 12:43
97

Yük gəmisi körpüyə çırpılıb: ölən var-VİDEo

22/02/2024 11:50
55

Naxçıvanda qadın və oğlan əlbəyxana olub-VİDEO

22/02/2024 11:12
25

Azərbaycanda 2 kriptobirjaya giriş məhdudlaşdırılıb

21/02/2024 21:11
86

“Contact”la pul köçürmələri mümkün olmayacaq

21/02/2024 21:03
135

"Mercedes-Benz" itirilmiş mövqeyini geri qaytardı